Macarıstanın baş naziri Peter Maqyar Ukraynanın ərazi bütövlüyünün 1994-cü il Budapeşt Memorandumu ilə təminat altına alındığını xatırladıb.
Redaksiya xəbər verir ki, Maqyar beynəlxalq sistemin bu məsuliyyəti yerinə yetirə bilmədiyini bildirib.
Onun sözlərinə görə, problem Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinin kağız üzərində tanınması deyil, həmin təminatların real mexanizmə çevrilməməsidir.
Maqyar qeyd edib ki, mövcud vəziyyət göstərdi: beynəlxalq razılaşmalar yalnız icra mexanizmi olduqda işləyir.
Bu səbəbdən, onun fikrincə, Ukrayna müharibəsini bitirəcək yeni sülh razılaşması real təhlükəsizlik zəmanətləri ehtiva etməlidir.
Budapeşt Memorandumu 1994-cü ildə Ukraynanın nüvə silahlarından imtina etməsi müqabilində onun suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini nəzərdə tuturdu.
Maqyarın açıqlaması Avropada Ukrayna üçün gələcək təhlükəsizlik modeli və mümkün sülh sazişinin şərtləri ilə bağlı müzakirələrin artdığı dövrə təsadüf edir.
