Makron və Tramp enerji atəşkəsini müzakirə ediblər

Makron və Tramp enerji atəşkəsini müzakirə ediblər

Sevinc Kərimova · Media ·

Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla Ukrayna və Rusiya arasında enerji obyektlərinə hücumların dayandırılması imkanlarını müzakirə edib. Görüş sentyabrın 21-də BMT Baş Assambleyası çərçivəsində keçirilib. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, tərəflər enerji infrastrukturuna zərbələr üzrə qarşılıqlı moratorium ideyasını nəzərdən keçiriblər. Makron Ukraynanın hava hücumlarından müdafiəsi üçün əlavə raket tutucularına ehtiyac olduğunu da vurğulayıb.

Hələlik Ukrayna ilə Rusiya arasında enerji atəşkesi barədə rəsmi razılaşma əldə olunmayıb. Makron məsələni Ukrayna Prezidenti Volodimir Zelenski ilə də müzakirə edəcəyini bildirib. Kiyev qarşılıqlı addımların atılması üçün Rusiyanın Ukraynanın enerji və digər mühüm infrastrukturuna hücumları dayandırmasını tələb edir.