Venesuela prezidenti Nikolas Maduro İranın İsraillə artan gərginlik fonunda beynəlxalq dəstəyə ehtiyacı olduğunu bildirib. O, açıq şəkildə Çin, Rusiya, Türkiyə və bütün İslam ölkələrini İranın yanında olmağa çağırıb.
Redaksiya xəbər verir ki, Maduro çıxışında bu çağırışı "regional sabitliyi qorumaq və imperialist hücumlara qarşı dayanmaq üçün beynəlxalq həmrəyliyin vacibliyi" ilə əsaslandırıb. O əlavə edib ki, dünya artıq birtərəfli qərarların və təcavüz siyasətinin nəticələrini yaşayır.
Venesuela lideri uzun müddətdir ABŞ siyasətini və İsrailin regional müdaxilələrini tənqid edir. Bu son açıqlama isə İranla həmrəylik mesajının daha da gücləndiyini göstərir.
Sevinc Kərimova
