Maduro ABŞ-ın “təcavüzünə” qarşı müdafiə vəd etdi

Maduro ABŞ-ın “təcavüzünə” qarşı müdafiə vəd etdi

Sevinc Kərimova · Siyasət ·

Venesuela Prezidenti Nikolas Maduro ölkəsinin ABŞ-ın “təcavüzünə” qarşı özünü müdafiə edəcəyini bəyan edib. O, Karib hövzəsində ABŞ-ın hərbi dəniz qüvvələrinin toplanmasını və ötən həftə Venesuela qayıqlarından birinə edilən ölümcül hücumu ölkəsinə qarşı təxribat kimi qiymətləndirib.

Redaksiya xəbər verir ki, Maduro Karakasın “qanuni özünümüdafiə hüququnu” həyata keçirəcəyini vurğulayıb. O, ABŞ Dövlət katibi Marko Rubionu “ölüm və müharibə ağası” adlandıraraq sərt tənqid edib.

Dövlət başçısı bildirib ki, Venesuela xalqı heç bir halda müstəqilliyindən və ərazi bütövlüyündən imtina etməyəcək, ölkənin suverenliyi sonadək qorunacaq.