Madagaskarın ən böyük baobab ağacı yox olmaq təhlükəsi ilə üzləşib

Madagaskarın ən böyük baobab ağacı yox olmaq təhlükəsi ilə üzləşib

Aytac Dəniz · Media ·

Madagaskarın ən böyük baobab ağacı hesab olunan “Tsitakakantsa” yox olmaq təhlükəsi ilə üzləşib.

Redaksiya xəbər verir ki, təxminən 1200 yaşı olduğu bildirilən nəhəng ağacda qocalma və quruma əlamətləri sürətlə artır.

Mütəxəssislərin sözlərinə görə, ağacın bəzi hissələri artıq ciddi şəkildə zəifləyib və su balansında problemlər müşahidə olunur.

Baobablar Afrikanın və Madagaskarın ən simvolik ağac növlərindən biri hesab olunur. Onlar min illərlə yaşaya bilir və böyük həcmdə su toplamaq xüsusiyyəti ilə tanınır.

Alimlər iqlim dəyişikliyi, uzunmüddətli quraqlıq və ekoloji dəyişikliklərin “Tsitakakantsa”nın vəziyyətinə təsir göstərə biləcəyini bildirirlər.

Ağac həm ekoloji, həm də mədəni baxımdan Madagaskarın ən önəmli təbii simvollarından biri sayılır.