Macarıstanda Ukrayna və Aİ əleyhinə sərt kampaniya başlayıb

Macarıstanda Ukrayna və Aİ əleyhinə sərt kampaniya başlayıb

Sevinc Kərimova · Siyasət ·

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, macar xalqının vəsaitləri başqa ölkələrdəki oliqarxların dəbdəbəli həyat tərzinə deyil, ölkənin daxili inkişafına yönəldilməlidir. Onun sözlərinə görə, Ukraynada korrupsiya qalmaqalları fonunda bu mövzu cəmiyyətdə ciddi narazılıq doğurur.

Redaksiya xəbər verir ki, Budapeşt və digər şəhərlərin küçələrində Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ukrayna Prezidenti Volodimir Zelenskinin təsvir olunduğu plakatlar peyda olub. Plakatlarda onların Avropa vəsaitlərini qızılı sanitar qovşağa axıtdığı simvolik formada göstərilir.

Məlumatlara əsasən, bu kampaniya həm Ukraynada, həm də Belçikada baş verən korrupsiya qalmaqalları ilə əlaqələndirilir. Tənqidçilər hesab edirlər ki, Avropa İttifaqı fondlarının bölüşdürülməsi şəffaf aparılmır və bu, üzv ölkələrdə narazılığı artırır.

Rəsmi Budapeşt isə mövqeyini belə əsaslandırır ki, Macarıstanın milli maraqları hər şeydən üstün tutulmalı, vergi ödəyicilərinin pulları isə ilk növbədə ölkə daxilində sosial-iqtisadi layihələrə sərf olunmalıdır.