Lula Trampa: Biz imperiyanın təbəəsi deyilik, hamımız suveren dövlətlərik

Lula Trampa: Biz imperiyanın təbəəsi deyilik, hamımız suveren dövlətlərik

Sevinc Kərimova · Siyasət ·

Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ prezidentinin sosial media üzərindən dünyanı təhdid etməsini məsuliyyətsizlik kimi dəyərləndirib.

Redaksiya xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Lula bildirib: “ABŞ kimi böyük bir ölkənin başçısının sosial şəbəkə üzərindən təhdid dili ilə danışması məsuliyyətli davranış deyil. Dünya dəyişib. Biz artıq imperiyanın təbəəsi yox, müstəqil və suveren xalqlarıq. Əgər o, gömrük rüsumları tətbiq edərsə, başqaları da ona qarşı eyni addımı ata bilər.

Braziliya lideri qlobal siyasətdə qarşılıqlı hörmət və ədalətli münasibətlərin vacibliyini vurğulayıb.

Sevinc Kərimova