ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton ölkənin İranla bağlı əməliyyatlarda və Körfəz müttəfiqlərinə dəstək çərçivəsində böyük həcmdə sursat istifadə etdiyini və bunun ABŞ-nin ehtiyatlarına ciddi təzyiq yaratdığını bildirib.
Redaksiya xəbər verir ki, Klinton bu vəziyyətin gözlənilməz təhlükələrə operativ cavab vermək imkanlarını zəiflədə biləcəyini deyib.
Onun sözlərinə görə, Çin Tayvana qarşı hərbi addım atacağı təqdirdə ABŞ adanın müdafiəsinə lazımi səviyyədə kömək etməkdə çətinlik çəkə bilər.
Klinton mövcud vəziyyəti ABŞ-nin özünü çox dərin strateji çətinliyə salması kimi qiymətləndirib və sursat ehtiyatlarının bərpasının vacibliyini vurğulayıb.
