Kirill Dmitriyev: Satanizmə qarşı savaşda Rusiyaya qoşulun

Kirill Dmitriyev: Satanizmə qarşı savaşda Rusiyaya qoşulun

Sona Osmanova · Siyasət ·

Rusiya prezidenti Vladimir Putin yanvarın on səkkizindən on doqquzuna keçən gecə ənənəvi Pravoslav Epifaniya ayini çərçivəsində buzlu suya üçqat dalış edib. Mərasim İsanın İordan çayında vəftiz olunmasının xatırlanmasına həsr olunur və Rusiyanın müxtəlif bölgələrində geniş şəkildə icra edilir.

Redaksiya xəbər verir ki, sosial mediada yayılan qısa video görüntülər Putinin mənfi temperaturda buz quyusuna daxil olaraq ənənəvi üçqat suya dalma mərasimini yerinə yetirdiyini göstərir. Paylaşımı təkrarlayan Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev videonu ideoloji xarakterli bəyanatlarla müşayiət edib və bunu ölkənin “şər qüvvələrinə qarşı mübarizəsi” kontekstində "Satanizmə qarşı savaşda Rusiyaya qoşulun" ifadəsini yazıb.

Dmitriyev özünün X platforması paylaşımında 2025-ci sentyabrında BRICSinfo tərəfindən yayılan və beynəlxalq “satanistlər”in maliyyə aktivlərinin müsadirəsi ilə bağlı iddialara da istinad edib. Bu, Epifaniya rituallarının dini ənənədən kənar siyasi və ideoloji çərçivəyə salınması kimi qiymətləndirilir.

Rusiyada Epifaniya çimişi hər il xüsusi hazırlıqla həyata keçirilir və ölkənin ən soyuq bölgələrində belə buz quyuları qurulur. Rəsmilər və Rus Pravoslav Kilsəsi bu mərasimi mənəvi paklanma və dini birliyin vacib elementi kimi səciyyələndirir.