Kipr sahillərində ticarət gəmisi batıb

Kipr sahillərində ticarət gəmisi batıb

Könül Məmmədova · Media ·

Kipr sahilləri yaxınlığında Tanzaniya bayrağı altında üzən ticarət gəmisi batıb. Hadisə nəticəsində gəminin 10 heyət üzvü xilas edilib. Qəza Pafos şəhərindən təxminən 90 dəniz mili (166 kilometr) qərbdə baş verib. Bu barədə “Cyprus Mail” nəşri məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, hadisə cümə günü axşam saatlarında qeydə alınıb. Gəminin batmasından sonra heyət üzvlərinin xilas edilməsi üçün tədbirlər görülüb.

Məlumata görə, gəmidə olan 10 dənizçinin hamısı sağ xilas edilib. Onlar təhlükəsiz yerə çatdırıldıqdan sonra tibbi müayinədən keçirilib.

Həkimlər xilas edilən dənizçilərin vəziyyətini qənaətbəxş qiymətləndiriblər.

Gəminin hansı səbəbdən batdığı barədə məlumat verilməyib. Hadisənin baş verdiyi şərait və gəminin daşıdığı yük barədə də əlavə təfərrüatlar açıqlanmayıb.