Kann Kino Festivalı zamanı elektrik kəsintisi baş verdi – FOTO

Kann Kino Festivalı zamanı elektrik kəsintisi baş verdi – FOTO

Sevinc Kərimova · Şou-Biznes ·

Fransanın Kann şəhərində keçirilən 78-ci Kann Kino Festivalı zamanı baş verən genişmiqyaslı elektrik kəsintisi ilə bağlı polis araşdırmalara başlayıb. Tədqiqat orqanları hadisənin qəsdən törədilmiş ola biləcəyindən şübhələnir.

Redaksiya xarici mətbuata istinadən xəbər verir ki, Paris və ətraf ərazilərlə yanaşı, festivalın keçirildiyi Kann şəhərində də elektrik enerjisi saatlarla kəsilib. Elektrik təchizatçısı Enedis kəsintini təsdiqləyib və texniki araşdırmanın başladıldığını bildirib.

Hadisə, beynəlxalq kino sənayesinin diqqət mərkəzində olduğu bir vaxtda baş verdiyindən ictimai rezonans doğurub. Elektrik kəsintisi festival proqramında müəyyən ləngimələrə səbəb olsa da, təşkilatçılar tədbirlərin əsas axarında ciddi dəyişiklik olmayacağını açıqlayıblar.

Fransa polisi və enerji təhlükəsizlik orqanları ilkin araşdırma zamanı yanğın və ya məqsədli təxribat ehtimalının istisna edilmədiyini bildiriblər. Enedis şirkəti bəyan edib ki, elektrik şəbəkəsindəki nasazlığın səbəbi hələ tam müəyyən edilməyib və insidentin süni şəkildə törədilməsi ehtimalı üzərində də iş aparılır.

Qeyd edək ki, Kann Kino Festivalı təkcə film nümayişləri ilə deyil, həm də qlobal media, siyasət və sənət dairələrinin bir araya gəldiyi strateji bir mədəniyyət platforması kimi tanınır. Hadisənin səbəbi yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Sevinc Kərimova