Kaliforniya qubernatoru Qavin Nyusom ABŞ Prezidenti Donald Trampın Los-Ancelesdəki iğtişaşlara qarşı ştatın razılığı olmadan Milli Qvardiya göndərmək cəhdini sərt şəkildə pisləyib.
Redaksiya xəbər verir ki, Nyusom MSNBC-yə verdiyi müsahibədə bu addımı “qanunsuz və Konstitusiyaya zidd” adlandırıb və federal hökumətin ştatın razılığı olmadan Milli Qvardiyanı “federalizasiya etmə” səylərini təsdiqləyib. O bildirib ki, bu qərara qarşı məhkəmədə mübarizə aparacaq.
Nyusom qeyd edib: “Biz bu addımı sabah məhkəmədə sınağa çəkəcəyik,”— deyə vurğulayıb və bu hadisənin təkcə Kaliforniyada deyil, bütün ABŞ-da presedent yaradacağını bildirib.
Sevinc Kərimova
