İsrail Hərbi Hava Qüvvələrinin F-15 və F-35 qırıcıları Qırmızı dənizdən uzun mənzilli ballistik raketlər ataraq Qətərdəki Həmas rəhbərliyinə zərbə endirib.
Redaksiya WSJ-yə istinadla xəbər verir ki, əməliyyat ərəb ölkələrinin hava məkanından yan keçməklə həyata keçirilib və ABŞ tərəfinə yalnız bir neçə dəqiqə əvvəl xəbər verilib. Bu səbəbdən ABŞ prezidenti Donald Trampın hücumun qarşısını almağa vaxtı olmayıb.
Məlumata görə, raketlər Dohaya düşsə də, Həmasın ali siyasi rəhbərliyi zərbədən yayınmağa müvəffəq olub. Bununla belə, təşkilatın aşağı səviyyəli bir sıra nümayəndələri hücum nəticəsində həlak olublar.
