Mossadın hazırladığı əməliyyat həyata keçirilmədi.
Redaksiya Washington Post-a istinadla xəbər verir ki, İsrail hökuməti Qətərdəki Həmas rəhbərlərini aradan qaldırmaq üçün nəzərdə tutulan quru əməliyyatından imtina etdikdən sonra hava zərbəsi endirib.
Məlumata görə, hücum nəticəsiz qalıb və planlaşdırılan hədəflərə çatılmayıb. Bu uğursuzluq İsrailin bölgədəki hərbi strategiyası ilə bağlı yeni müzakirələrə səbəb olub.
