İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar və müdafiə tədbirlərinin maliyyəti ilə bağlı təfərrüatlar açıqlanıb.
Redaksiya xəbər verir ki, Anadolu Ajansı beynəlxalq mənbələrin hesablamalarına əsasən, İrana qarşı hücum və müdafiə xərcləri belədir:
- İrana hücum əməliyyatlarının ümumi xərci: 593 milyon dollar
- Hava hücumundan müdafiə sistemlərinin xərci: 200 milyon dollar
- Hər bir F-35 döyüş təyyarəsinin uçuşunun saatlıq xərci: 10 min dollar
- “Davud Sapanı” hava hücumundan müdafiə sisteminin hər aktivləşməsi: 700 min dollar
- “Arrow 3” raket əleyhinə sisteminin hər müdaxiləsi: 4 milyon dollar
Qeyd edək ki, İsrailin son günlərdə İrana qarşı həyata keçirdiyi hava hücumları və paralel olaraq müdafiə tədbirləri regionda gərginliyi artırmaqla yanaşı, ciddi maliyyə yükü də yaradıb. Ekspertlər bildirirlər ki, uzunmüddətli qarşıdurma davam edərsə, xərclər daha da artacaq.
Sevinc Kərimova
