İsrail xarici mediaları nəzarətə götürən qanun layihəsini qəbul etdi

İsrail xarici mediaları nəzarətə götürən qanun layihəsini qəbul etdi

Sevinc Kərimova · Siyasət ·

İsrail hökumətinin xarici media orqanlarını bağlamaq səlahiyyəti verən qanun layihəsi, beynəlxalq ictimaiyyətin diqqətini çəkib və tənqidlərə səbəb olub. Bu addım, İsrailin Fələstin xalqına qarşı törətdiyi əməlləri ört-basdır etmək cəhdi kimi qiymətləndirilir.

Redaksiya məlumat verir ki, Həmasın Mətbuat Ofisinin rəhbəri İzzət ər-Rişk, İsrail parlamentinin hökumətə məhkəmə qərarı olmadan xarici media quruluşlarını bağlamaq səlahiyyəti verən qanun layihəsini səsverməyə qoymasını, mətbuat azadlığına birbaşa təhdid və müxalifləri susdurma siyasətinin gücləndirilməsi kimi dəyərləndirib. Rişk, bu qanunun İsrailin Fələstin xalqına qarşı cinayətlərini artırma niyyətinin açıq bir göstəricisi olduğunu vurğulayıb.

Rişk, İsrailin bu addımının, Fələstin xalqına qarşı törətdiyi cinayətlərin və hücumların dünya tərəfindən öyrənilməsinin qarşısını almaq məqsədi daşıdığını bildirib. O, İsrailin dövlət təhlükəsizliyinə zərərli kimi qiymətləndirdiyi məzmunların əslində "qətl, yerdəyişmə, məskunlaşma, yəhudiləşdirmə və evlərin dağıdılması" kimi cinayətləri ifşa etdiyini və işğal altında olan fələstinlilərin çəkdiyi əziyyətləri sənədləşdirdiyini qeyd edib. Rişk, beynəlxalq mətbuat sendikatlarını, dərnəkləri və media quruluşlarını, "beynəlxalq jurnalistlərin işğal altında olan Fələstin torpaqlarına daxil ola bilməsi, həqiqəti görə bilməsi, baş verənləri çatdıra bilməsi və Fələstin davasını dəstəkləməsi üçün" İsrailə qarşı güclərini birləşdirməyə çağırıb.

O, ölkələri və insan haqları təşkilatlarını "bu qanunun ləğvi üçün dərhal hərəkətə keçməyə və hər cür təzyiq tətbiq etməyə" çağırıb. Rişk, xarici medianın sıxışdırılmasının, yalnız bu pozuntuları gizlətməyə yönəlik qəsdən atılan bir addım kimi şərh edilə biləcəyini, qınanmalı və hesab sorulmalı olduğunu ifadə edib. Qeyd edək ki, hökumətin məhkəmə qərarı olmadan xarici media quruluşlarını bağlamasına imkan verən qanun layqihəsi dünən İsrail parlamentində keçirilən ilk səsvermədə qəbul edilib. Parlamentdəki səsvermədə 120 deputatdan 50-si lehinə, 41-i əleyhinə səs verib. Qanun layihəsinin qüvvəyə minməsi üçün parlamentdəki 3 səsvermədə qəbul edilməsi lazımdır.