İsrailin İrana qarşı bu gecə həyata keçirdiyi hücumların səbəbi bəlli olub. Yəhudi dövlətinin ordusu, İsrail Müdafiə Qüvvələri (TSAXAL), hücumun arxasında duran əsas səbəbi açıqlayıb.
Redaksiya xəbər verir ki, TSAXAL-ın verdiyi məlumata görə, “İran rejimi nüvə silahının hazırlanmasının bütün mərhələlərinin texnoloji təkmilləşdirilməsi üçün gizli plan həyata keçirir”. Bildirilib ki, bu plan çərçivəsində İranın aparıcı nüvə alimləri nüvə silahının yaradılması üçün vacib olan bütün komponentlər üzərində gizli şəkildə işləyiblər. Son aylarda bu proqramın əhəmiyyətli dərəcədə sürətləndirildiyi qeyd olunub.
TSAXAL bəyan edib ki, “İsrail dövlətinin başqa seçimi qalmayıb. Ordumuz mülki vətəndaşları qorumaq üçün hərəkətə keçməlidir və bu istiqamətdə tədbirlər davam etdiriləcək.”
Sevinc Kərimova
