İsrail F-35-ləri İran əməliyyatı zamanı dörd ölkə üzərindən aşkarlanmadan keçib

İsrail F-35-ləri İran əməliyyatı zamanı dörd ölkə üzərindən aşkarlanmadan keçib

Sevinc Kərimova · Hərbi ·

İsrail mediası Maariv-in məlumatına görə, İsrailə məxsus F-35 qırıcı təyyarələri İran istiqamətində həyata keçirilən əməliyyat zamanı Türkiyə, İordaniya, Suriya və İraq hava məkanından heç bir radar tərəfindən aşkarlanmayaraq uçub.

Redaksiya xəbər verir ki, bu məlumat İsrailin regiondakı hava əməliyyatları qabiliyyətlərinin və F-35-lərin radar görünməzliyi texnologiyasının effektivliyinin nümayişi kimi qiymətləndirilir.

Hərbi ekspertlər hesab edirlər ki, belə uçuş marşrutları bölgədə strateji balansı dəyişdirə və regional ölkələrin hava məkanının təhlükəsizliyi ilə bağlı yeni müzakirələrə səbəb ola bilər.

Sevinc Kərimova