İrlandiyada prezident seçkilərini Ketrin Konolli qazandı

İrlandiyada prezident seçkilərini Ketrin Konolli qazandı

Sevinc Kərimova · Siyasət ·

İrlandiyada keçirilən prezident seçkilərində sol baxışlı müstəqil namizəd Ketrin Konolli səslərin 63 faizini toplayaraq qalib gəlib. Onun əsas rəqibi kimi tanınan keçmiş UFC çempionu və dünya şöhrətli döyüşçü Konor Makqreqor isə bir müddət öncə namizədliyini geri çəkmişdi və seçki yarışında iştirak etməmişdi.

Redaksiya xəbər verir ki, Makqreqorun namizədliyini geri çəkməsi idman karyerasına və şəxsi layihələrinə diqqət yetirmək istəyi ilə izah olunub. Buna baxmayaraq, onun adı seçki kampaniyası boyunca ictimai müzakirələrin əsas mövzularından biri olaraq qalıb.

Ketrin Konolli isə sosial ədalət, gender bərabərliyi və iqlim siyasətinə dair çağırışları ilə seçicilərin etimadını qazanıb. Yeni prezident çıxışında milli həmrəyliyin və sosial ədalətin gücləndirilməsini əsas prioritetləri kimi açıqlayıb.