İraqın Nəcəf Beynəlxalq Hava Limanı İrana və İrandan həyata keçirilən bütün uçuşları qeyri-müəyyən müddətə dayandırıb. Qərarın sentyabrın 25-i saat 02:00-dan qüvvəyə mindiyi bildirilib. Bu barədə Shafaq News məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, hava limanının administrasiyası aviaşirkətlərə və aidiyyəti operatorlara dayandırılmış reyslərlə bağlı hazırlıqları davam etdirməməyi tapşırıb. Uçuşların nə vaxt bərpa olunacağı barədə əlavə göstəriş veriləcəyi qeyd edilib.
Açıqlamada reyslərin dayandırılmasının konkret səbəbi göstərilməyib. Həmçinin qərarın hansı dövlət qurumunun göstərişi ilə qəbul edildiyi açıqlanmayıb.
Sentyabrın 23-də Nəcəf hava limanı İrana uçuşların normal cədvəl üzrə davam etdiyini bildirmişdi. Lakin bundan bir gün sonra yeni qərar qəbul edilərək İran istiqamətində bütün hava əlaqəsi dayandırılıb.
