İranın ABŞ esminesinə hücum ssenarisi yayımlanıb

İranın ABŞ esminesinə hücum ssenarisi yayımlanıb

Yulduz Səlimov · Media ·

İranın ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus esminesə qarşı mümkün hücum ssenarisini əks etdirən video yayılıb. Kadrlarda çoxqatlı hücum modeli və buna qarşı müdafiə tədbirləri simulyasiya olunub.

Redaksiya AI Telly-ə istinadla xəbər verir ki, videoda ABŞ esminesinə qarşı sürətli katerlər, sahildən buraxılan gəmiəleyhinə raketlər və dronlardan istifadə ilə hücum cəhdi göstərilib. Eyni ssenaridə ABŞ tərəfinin hava hücumundan müdafiə sistemləri və döyüş helikopterləri ilə bu hücumu dəf etdiyi nümayiş etdirilib.

Məlumata görə, ssenari dəniz döyüşlərində çoxvektorlu hücum modelini canlandırır. Bu cür yanaşma eyni anda bir neçə fərqli vasitə ilə hədəfin müdafiəsini yükləməyə və zəiflətməyə hesablanıb.

Videoda təqdim olunan görüntülər real döyüş əməliyyatı deyil, mümkün hərbi qarşıdurmanın simulyasiya edilmiş variantı kimi yayılıb. Belə materiallar adətən həm taktiki yanaşmaları göstərmək, həm də informasiya və psixoloji təsir yaratmaq məqsədi daşıyır.

Hörmüz boğazı və Fars körfəzi ətrafında gərginliyin davam etdiyi bir vaxtda bu cür ssenari videoları regiondakı hərbi risklərlə bağlı diqqəti daha da artırır.