İranda ötən il 2159 edam hökmünün icra edildiyi bildirilir.
Redaksiya Amnesty International-a istinadla xəbər verir ki, dünyada qeydə alınmış məhkəmə edamlarının ümumi sayı 2707-yə çatıb.
Məlumata görə, bu göstərici 1981-ci ildən bəri ən yüksək səviyyə hesab olunur.
Amnesty International bildirir ki, İran təkbaşına qlobal edam statistikasının təxminən 80 faizini təşkil edib.
Hesabata əsasən, İranın 2025-ci il üzrə edam göstəricisi əvvəlki illə müqayisədə iki dəfədən çox artıb.
Hüquq müdafiəçiləri bu artımı ölkədə siyasi repressiyalar, narkotik cinayətləri üzrə sərt cəzalar və məhkəmə sistemində şəffaflıq problemləri ilə əlaqələndirirlər.
