İran parlamentində Avropa İttifaqına qarşı etiraz aksiyası keçirilib. Məlumata görə, aksiya zamanı deputatlar İnqilab Keşikçiləri Korpusunun (İQK) uniformasında olublar.
Redaksiya məlumat verir ki, etiraz aksiyası zamanı parlamentin spiker kürsüsündə "İnqilab Keşikçiləri dünyanın ən böyük antiterror təşkilatıdır" yazılmış bir banner qaldırılıb. Həmçinin İQK-nin bayrağı da qaldırılıb.
