İran bu gün Hörmüz boğazında ikinci yük gəmisinə hücum edib. Bu barədə “Pars” agentliyi məlumat verir. Mənbədə qeyd olunur ki, Britaniyanın Dəniz Ticarəti üzrə Ticarət İdarəsi (British Maritime Trade Authority) hadisə ilə bağlı məlumat yayıb.
Redaksiya istinadla məlumat verir ki, Britaniyanın Dəniz Ticarəti üzrə Ticarət İdarəsinin məlumatına əsasən, yük gəmisi İrandan 8 mil qərbdə vurulub. Bildirilir ki, konteyner gəmisi İran Silahlı Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymayıb və bu səbəbdən hücuma məruz qalıb. Nəticədə gəminin idarəetmə qülləsi ciddi zədələnib. Ekipaj üzvləri xəsarət almayıb. Həmçinin yanğın və ya yanacaq sızması qeydə alınmayıb.
Mənbədə vurğulanır ki, bu, bu səhər İran Silahlı Qüvvələrinin məcburedici tədbirlər tətbiq etdiyi ikinci gəmidir. İlk gəmi isə yerli vaxtla 07:55-də hücuma məruz qalıb.
