İran Çindən 40-dan çox J-10C döyüş təyyarəsi alır

İran Çindən 40-dan çox J-10C döyüş təyyarəsi alır

Sevinc Kərimova · Hərbi ·

İran hərbi hava qüvvələrinin gücləndirilməsi istiqamətində növbəti addım atır.

Redaksiya İran və Çin xəbər verir ki, İran Çin istehsalı olan 40-dan çox Chengdu J-10C tipli çoxməqsədli döyüş təyyarəsi almağa hazırlaşır.

Bu təyyarələr İranın hava hücumundan müdafiə və hücum potensialını əhəmiyyətli dərəcədə artıracaq.

Qeyd edək ki, J-10C qırıcıları ən müasir radar və silah sistemləri ilə təchiz edilib və dördüncü nəsil təyyarələr kateqoriyasına daxildir. Mütəxəssislər hesab edirlər ki, bu alış İranın bölgədəki hərbi balansda öz mövqeyini möhkəmləndirmək cəhdinin bir hissəsidir.

Təyyarələrin nə vaxt və hansı mərhələlərlə İrana çatdırılacağı barədə əlavə məlumat verilməyib.

Sevinc Kərimova