İran ABŞ-yə sərt mesaj göndərib

İran ABŞ-yə sərt mesaj göndərib

Yulduz Səlimov · Media ·

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi Hörmüz boğazı ilə bağlı sərt açıqlama verib.

Redaksiya xarici KİV-ə istinadla xəbər verir ki, iranlı rəsmi “eyni səhvi təkrar etməyin fərqli nəticə verməyəcəyini” bildirib və bunun daha güclü cavaba səbəb olacağını vurğulayıb.

İbrahim Əzizi əlavə edib ki, bölgədə “İranın yeni dəniz nizamına” hörmət göstərilməlidir. O, Hörmüz boğazı və Fars körfəzinin “bəyanatlar məkanı olmadığını” qeyd edib.

Son dövrlərdə İran rəsmiləri Hörmüz boğazında təhlükəsizlik və nəzarətin Tehran tərəfindən təmin olunduğunu bildirərək, ABŞ və müttəfiqlərinin bölgədəki fəaliyyətlərinə qarşı xəbərdarlıqlar səsləndirirlər.