Husi lideri Türkiyə və Pakistana xəbərdarlığı edib

Husi lideri Türkiyə və Pakistana xəbərdarlığı edib

Nizami Salmanov · Media ·

Husilərin lideri Əbdülməlik əl-Husi Səudiyyə Ərəbistanının Yəməndəki müharibəyə digər ölkələri, xüsusilə Türkiyə və Pakistanı cəlb etməyə çalışdığını iddia edib.

Redaksiya xəbər verir ki, əl-Husi Türkiyə, Pakistan və digər ölkələrə siyasi və ya maddi maraqlar naminə Səudiyyə Ərəbistanının tərəfində müharibəyə qoşulmamaq çağırışı edib.

Husi lideri bildirib ki, Səudiyyə Ərəbistanına hərbi və siyasi dəstək verən tərəflər həm məğlubiyyət riski ilə üzləşəcək, həm də onun sözlərinə görə, Yəmən xalqına qarşı törədilən əməllərə şərik olacaqlar.

Əl-Husinin açıqlaması Yəmən ətrafında regional hərbi gərginliyin yenidən artdığı və Səudiyyə Ərəbistanının təhlükəsizlik tərəfdaşları ilə koordinasiyanı gücləndirdiyi bir dövrdə səsləndirilib.