Hörmüz boğazında gəmi hərəkəti kəskin azalıb

Hörmüz boğazında gəmi hərəkəti kəskin azalıb

Fərid Əlizadə · Media ·

Hörmüz boğazından keçən ticarət gəmilərinin sayı son günlər kəskin azalıb. Son həftəsonu boğazdan 12 yük gəmisinin keçdiyi bildirilir. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, bir həftə əvvəl eyni dövrdə həmin marşrutdan 35 gəmi keçmişdi. Gərginlikdən əvvəl isə boğazdan gündəlik orta hesabla 125 iri kommersiya gəmisi istifadə edirdi.

Mütəxəssislər gəmi hərəkətinin zəifləməsinin enerji daşımalarına və yük bazarına təsir göstərə biləcəyini bildirirlər. Hörmüz boğazı qlobal neft və mayeləşdirilmiş təbii qaz tədarükünün əsas tranzit marşrutlarından biridir.