Hizbullah rəhbəri Naim Qasım ərəb ölkələrinə müraciət edərək, Qəzzadakı vəziyyət fonunda Fələstin xalqına qarşı susqunluq nümayiş etdirməməyə çağırıb. O, İspaniyanın mövqeyini nümunə göstərərək ərəb dövlətlərinin daha prinsipial mövqe tutmalı olduğunu bildirib.
Redaksiya xəbər verir ki, Qasım çıxışında belə deyib: “İspaniyaya baxın, kaş siz də onlar kimi olasınız. Amma sizdən daha azını istəyirəm — müqavimətə təzyiq göstərməyin. Əgər müqaviməti və ya Fələstin xalqını dəstəkləmirsinizsə, heç olmasa onlara qarşı maneə yaratmayın. İsrailin sizin susqunluğunuzdan faydalanmasına imkan verməyin.”
Hizbullah liderinin bu açıqlaması, bir çox ərəb ölkələrinin İsrail-Fələstin münaqişəsində passiv mövqeyinə qarşı yönəlik kəskin tənqid kimi qiymətləndirilir.
