Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə Cənubi Qafqazda sülh prosesini müzakirə edib

Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə Cənubi Qafqazda sülh prosesini müzakirə edib

Sevinc Kərimova · Siyasət ·

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun nümayəndə heyəti ilə görüşüb.

Redaksiya xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

"NATO-ya üzv dövlətlərin daimi nümayəndələrinin Azərbaycana səfəri çərçivəsində onlarla görüşməkdən məmnunam. Görüş zamanı səmərəli və uğurlu NATO-Azərbaycan tərəfdaşlığına dair geniş müzakirələr, habelə regional təhlükəsizlik məsələləri və Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi ilə bağlı fikir mübadiləsi apardıq", - deyə paylaşımda bildirilir.