Hikmət Hacıyev Almaniya kanslerinin müşaviri ilə görüşüb

Hikmət Hacıyev Almaniya kanslerinin müşaviri ilə görüşüb

Sevinc Kərimova · Siyasət ·

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniya kanslerinin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Günter Sautter ilə görüşüb.

Bu barədə Hikmət Hacıyev öz "X" hesabında paylaşım edib.

"Berlində Federal kanslerin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri, doktor Günter Sautter ilə ölkələrimiz arasında ikitərəfli münasibətlərə və regional problemlərə həsr olunmuş səmərəli görüş baş tutdu. Regionda yeni sülh dövrü əlaqələrimizin, eləcə də Aİ ilə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır", - deyə paylaşımda bildirilib.