ABŞ Nümayəndələr Palatasının üzvü Yassamin Ansari Heqset barəsində impiçment prosesinə start verdiyini bəyan edib. O, bu addımın Heqsetin Konstitusiyaya verdiyi anda sadiq qalmamasından irəli gəldiyini bildirib.
Redaksiya xəbər verir ki, Ansarinin sözlərinə görə, Heqset İranda bir məktəbə hücum təşkil edərək müharibə cinayəti törədib. Bu hücum nəticəsində 160-dan çox uşaq həlak olub.
Yassamin Ansari müharibə cinayəti törədən hər kəsin mühakimə olunmasının zəruri olduğunu vurğulayıb. Bu bəyanat ABŞ siyasətində diqqət çəkən bir hadisə olaraq qiymətləndirilir və gələcək proseslər maraqla izlənilir.
