Qəzzada atəşkəs razılaşması çərçivəsində İstanbulda keçirilən görüşdə Həmas nümayəndə heyəti atəşkəs qaydalarına riayət etdiklərini bildirərək, İsrail tərəfinin pozuntuları barədə MİT rəhbəri İbrahim Kalına məlumat verib.
Redaksiya məlumat verir ki, Türkiyənin zəmanətçi ölkə kimi Qəzzada atəşkəsin tətbiqi istiqamətindəki intensiv fəaliyyətlərinin müzakirə edildiyi görüşdə İsrailin törətdiyi pozuntuların qarşısının alınması üçün atılacaq addımlar qiymətləndirilib.
Görüşdə iki nümayəndə heyəti arasında Qəzza sülh planının ikinci mərhələsinə keçid üçün zəruri şərtlərin yaradılması və mövcud problemlərin aradan qaldırılması üçün görüləcək işlər barədə məsləhətləşmələr aparılıb. Türkiyənin Qəzzaya göstərdiyi humanitar yardımlar barədə məlumatın verildiyi görüşdə, ilk növbədə çadır olmaqla, daha çox yardımın təmin edilməsi üçün regional ölkələr və beynəlxalq təşkilatlarla birgə aparılan işlər müzakirə edilib.
Görüşdə hər iki nümayəndə heyəti Fələstin milli razılığının təmin edilməsi və müstəqil Fələstin Dövlətinin qurulması hədəfinin qorunması üzərində bir daha razılığa gəliblər.
