Hakan Fidan Kipr haqqında: "Silah — bizim işimizdir"

Hakan Fidan Kipr haqqında: "Silah — bizim işimizdir"

Sevinc Kərimova · Siyasət ·

Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiprdən qalxan təyyarələrin İsrailin Qəzzadakı hücumlarında rol oynadığını bildirib və bu vəziyyəti sərt şəkildə tənqid edib.

Redaksiya xəbər verir ki, Fidan çıxışı zamanı deyib: “Kiprdən qalxan təyyarələr çox sayda fələstinlinin həyatını itirməsinə səbəb oldu. O günahı necə ödəyəcəklər, o işbirliyinin altından necə qalxacaqlar, bilmirəm. Artıq Rum tərəfi İsraildən silah alır və həddindən artıq silahlanma içərisindədir.”

Nazir əlavə edib: “Silah — bizim işimizdir. Onlar heç vaxt müharibə etməyiblər. Bu məsələni ağıllarından belə keçirməməlidirlər.”

Fidanın sözlərinə görə, Kipr yunan tərəfinin İsraillə hərbi əməkdaşlığı bölgədə sabitliyi ciddi şəkildə pozur və bu silahlanma yarışı Aralıq dənizi regionunda təhlükəli balanssızlıq yaradır. O, beynəlxalq ictimaiyyəti məsuliyyətli davranmağa və Fələstindəki vəziyyətə laqeyd qalmamağa çağırıb.