Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərin suallarını cavablandırarkən ABŞ-ın Baykar şirkətinin öz ərazisində istehsal sahəsi açması və texnologiyadan istifadə etməsi yönündə təklif irəli sürdüyünü açıqlayıb.
Redaksiya xəbər verir ki, Fidan Qəzzada atəşkəs üçün danışıqların davam etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ İsrail üzərindəki təsir imkanlarını istifadə edəcək və atəşkəsdən sonra Qəzzanı fələstinlilər öz iradələri ilə idarə etməlidirlər.
Nazir həmçinin vurğulayıb ki, Suriya məsələsi Türkiyənin təhlükəsizliyi üçün də əhəmiyyət daşıyır. O, İsrailin Suriyaya hücumlarının bölgədəki tarazlığı dəyişdirdiyini qeyd edib və Ankaranın Şam rəhbərliyi ilə SDQ arasındakı müzakirə proseslərini yaxından izlədiyini bildirib.
Fidan çıxışına əlavə edib ki, prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampı Türkiyəyə dəvət edib.
