Gündə cəmi 20 dəqiqə fiziki aktivlik insan ömrünü uzatmağa kömək edə bilər.
Redaksiya məlumat verir ki, həkimlər müntəzəm və yüngül idmanın ayda bir dəfə edilən ağır məşqlərdən daha faydalı olduğunu bildirirlər. Əsas prinsip bədəni həddindən artıq yükləmədən hər gün hərəkətdə qalmaqdır.
Mütəxəssislərin fikrincə, fiziki aktivlik yaşa uyğun seçilməlidir. 20 yaşlarda interval məşqləri, 30 yaşlarda güc məşqləri, 40 yaşlarda isə kardio və xolesterin nəzarəti daha vacib hesab olunur.
50 yaşdan sonra gündəlik gəzinti və yüngül çəkilərlə məşqlər tövsiyə edilir. 60 yaşlarda oynaqlara yük salmayan hərəkətlərə üstünlük verilməlidir.
70 və 80 yaşlarda isə balans, nəfəs və elastiklik məşqləri daha faydalı sayılır. Həkimlər bildirirlər ki, əsas məqsəd ağır nəticə əldə etmək deyil, hərəkət qabiliyyətini və ümumi sağlamlığı qorumaqdır.
