Google alış-veriş agentini təqdim edir - VİDEO

Google alış-veriş agentini təqdim edir - VİDEO

Fərid Əlizadə · Media ·

Google alış-veriş üçün yeni süni intellekt, yəni Sİ əsaslı xidmət hazırlayır.

Redaksiya xəbər verir ki, yeni sistem istifadəçinin istədiyi məhsul üzrə bazarı analiz edəcək, qiymətləri müqayisə edəcək və daha sərfəli variantları tapacaq.

Məsələn, istifadəçi kompüter yığmaq istədiyini yazdıqda, Sİ agenti büdcəyə və ehtiyaca uyğun prosessor, videokart, anakart, yaddaş və digər hissələri seçə biləcək.

Xidmət yalnız məhsul siyahısı təqdim etməyəcək, həm də alternativləri müqayisə edərək qiymət və performans baxımından ən uyğun seçimləri göstərəcək.

Google bu funksiyanı Gemini əsaslı alış-veriş agenti kimi inkişaf etdirir.

Yeni imkanların bu yay mərhələli şəkildə istifadəyə verilməsi gözlənilir.