Ərdoğan: Tramp Putinin iştirakı ilə Ukrayna danışıqları üçün Türkiyəyə gəlməyə hazırdır

Ərdoğan: Tramp Putinin iştirakı ilə Ukrayna danışıqları üçün Türkiyəyə gəlməyə hazırdır

Sevinc Kərimova · Siyasət ·

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə bağlı mümkün sülh danışıqları barədə açıqlama verib.

Redaksiya CNN Türk-ə istinadən xəbər verir ki, Ərdoğan Trampın bu prosesə şəxsən qoşulmaq niyyətində olduğunu təsdiqləyib:

Donald Tramp açıq şəkildə bildirdi ki, əgər Vladimir Putin də həmin görüşdə iştirak edərsə, o zaman özü də Türkiyəyə gəlməyə hazırdır.

Ərdoğanın sözlərinə görə, hazırda Ankara Rusiya və Ukrayna ilə üçüncü raund sülh danışıqlarının təşkili üçün təmasları davam etdirir.

Türkiyə lideri əlavə edib:

Bizim əsas məqsədimiz Ukrayna ilə bağlı prosesin dövlət başçıları səviyyəsində birbaşa görüş şəklində baş tutmasıdır.

Sevinc Kərimova