Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan altı ildən sonra Çinə səfər edib. Səfər çərçivəsində o, artıq Çin Xalq Respublikasının Sədri Si Cinpin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşlər keçirib.
Redaksiya xəbər verir ki, Ərdoğanın günün ikinci yarısında Rusiya Prezidenti Vladimir Putinlə də görüşəcəyi gözlənilir. Bu təmasların Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçıları sammiti çərçivəsində baş tutacağı bildirilib.
Müzakirələrin əsas mövzularının regional təhlükəsizlik, enerji əməkdaşlığı və Cənubi Qafqazda sülh prosesi olacağı gözlənilir.
Sevinc Kərimova
