A cafe in Lviv offers annual meal subscription

A cafe in Lviv offers annual meal subscription

Aytac Dəniz · Media ·

Ukraynanın Lvov şəhərində fəaliyyət göstərən Pasta Cafe səhər, günorta və axşam yeməkləri üçün illik abunə sistemi istifadəyə verib. İllik abunəliyin qiyməti 69 min qrivna, təxminən 2626 AZN təşkil edir.

Redaksiya xəbər verir ki, müştərilər aylıq abunə variantından da istifadə edə bilərlər. Bu paket ayda 9500 qrivnaya, təxminən 362 AZN-ə başa gəlir.

İllik abunəliyə sahib olan müştəri hər gün standart ölçülü bir qab yeməyi özü ilə apara bilər. Beləliklə, abunə sistemi kafedən müntəzəm istifadə edən şəxslər üçün gündəlik qidalanma paketi kimi təqdim olunur.

Abunə olmadan bufetdə kiçik boşqab 190 qrivna, təxminən 7,23 AZN, standart boşqab 250 qrivna, təxminən 9,52 AZN, limitsiz seçim isə 300 qrivna, təxminən 11,42 AZN təşkil edir.