Google Gemini 3.7 Flash modelini istifadəyə verib

Google Gemini 3.7 Flash modelini istifadəyə verib

Fərid Əlizadə · Media ·

Google-un yeni Gemini 3.7 Flash süni intellekt modeli istifadəyə verilib. Bildirilir ki, model bir sıra performans testlərində Sonnet 5-dən daha yüksək nəticə göstərib.

Redaksiya xəbər verir ki, Gemini 3.7 Flash üçün qiymətlər müvəqqəti olaraq iki dəfə azaldılıb. Yeni tarifə əsasən, 1 milyon giriş tokeninin qiyməti 0,75 dollar, çıxış tokeninin qiyməti isə 3,75 dollar təşkil edir.

Google Gemini 3.7 Flash modelini istifadəyə verib - Şəkil 1

Məlumata görə, endirimli qiymətlər 2026-cı ilin sonunadək qüvvədə olacaq. Bundan sonra Gemini 3.7 Flash modelindən istifadənin qiymətinin yenidən artırılması nəzərdə tutulur.

Bununla yanaşı, yeni modelin token istifadəsinin də artdığı bildirilir. Artificial Analysis sınaqlarının nəticələrinə əsasən, Gemini 3.7 Flash tapşırıqların icrası zamanı təxminən 50 faiz daha çox token istifadə edir.