Əbu-Dabi İsrail nümayəndə heyətini qəbul etmədiyini bildirdi

Əbu-Dabi İsrail nümayəndə heyətini qəbul etmədiyini bildirdi

Nizami Salmanov · Media ·

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi İsrail Baş naziri Benyamin Netanyahunun ölkəyə səfəri ilə bağlı xəbərləri təkzib edib.

Redaksiya BƏƏ Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Əbu-Dabi Netanyahuya aid hər hansı səfərin və ya İsrail hərbi nümayəndə heyətinin qəbul edilməsinin baş vermədiyini bildirib.

Əbu-Dabi İsrail hərbi nümayəndə heyətini qəbul etmədiyini bildirdi - Şəkil 1

Nazirliyin açıqlamasında qeyd olunub ki, BƏƏ ilə İsrail arasındakı münasibətlər “Avraam sazişləri” çərçivəsində açıq və rəsmi şəkildə həyata keçirilir və “qeyri-şəffaf” və ya gizli razılaşmalara əsaslanmır.

BƏƏ tərəfi əlavə edib ki, rəsmi şəkildə elan olunmayan səfərlər və ya razılaşmalar barədə yayılan məlumatlar əsassızdır. XİN media qurumlarını yoxlanılmamış məlumatları yaymamağa çağırıb.

Açıqlama İsrail mediası və Reuters-də Netanyahunun İranla müharibə dövründə BƏƏ-yə gizli səfər etdiyi barədə xəbərlər yayıldıqdan sonra gəlib. 01