ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Tsinpinlə münasibətlərinin əla olduğunu bildirib. O, bu əlaqələrin ABŞ-ın təhlükəsizliyinə müsbət təsir göstərdiyini vurğulayıb.
Redaksiya xəbər verir ki, Tramp Rusiya və Çin liderləri ilə şəxsi münasibətlərini yüksək qiymətləndirərək bunun ölkəsinin təhlükəsizliyi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
“Putin və Si Tsinpinlə münasibətlərim əladır. Bunun sayəsində ölkəmiz də daha təhlükəsizdir”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp açıqlamasında hər iki liderlə münasibətlərini ABŞ üçün müsbət amil kimi təqdim edib.
Bununla belə, o, bu münasibətlərin ölkəsinin təhlükəsizliyini konkret hansı istiqamətlərdə gücləndirdiyi barədə əlavə məlumat verməyib.
