Dövlət Bağçalı: “İsrail dayandırılmazsa, hərbi müdaxilə legitim olacaq”

Dövlət Bağçalı: “İsrail dayandırılmazsa, hərbi müdaxilə legitim olacaq”

Sevinc Kərimova · Siyasət ·

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı bildirib ki, İsrailin müharibə, zorakılıq və soyqırım siyasətinə davam etməsi halında, artıq zora əsaslanan bütün hərbi variantların qanuni sayılacağını vurğulayıb. O qeyd edib ki, əgər İsrail diplomatik yolla dayandırıla bilmirsə, silahlı müdaxilə qaçılmaz olacaq.

Redaksiya xəbər verir ki, Dövlət Bağçalı çıxışında həmçinin daxili siyasi məsələlərə toxunaraq deyib: “Lazım gələrsə, komissiya İmralıya getməli, birbaşa görüşməlidir. Silahların hamısı məhv edilməli, cinayətə bulaşmamış şəxslər ailələrinə qovuşmalıdır.” O, İmralının SDG-yə yeni çağırış etməsinin və bu çağırışın genişləndirilməsinin faydalı olacağını da bildirib.

Bağçalının bu bəyanatları həm regionda artan gərginlik, həm də Türkiyənin daxili siyasi gündəmi baxımından diqqət çəkib. Onun sərt çıxışı İsrailin Qəzzada apardığı əməliyyatlara qarşı artan narazılığın siyasi səviyyədə də gücləndiyini göstərir.