Donald Trampın oğlu gizli şəkildə model ilə evləndi

Donald Trampın oğlu gizli şəkildə model ilə evləndi

Aytac Dəniz · Media ·

ABŞ Prezidenti Donald Trampın oğlu Donald Tramp Jr.-ın model Bettina Andersonla gizli şəkildə evləndiyi məlum olub.

Redaksiya People jurnalına istinadla xəbər verir ki, cütlüyün nikahı rəsmi evlilik icazəsi sənədi əsasında təsdiqlənib.

Məlumata görə, Donald Tramp Jr. və Bettina Anderson mayın 21-də Floridada, Vest Palm-Biçdə kiçik və qapalı mərasimdə evləniblər.

Nikah mərasiminin Bettina Andersonun əkiz bacısının evində keçirildiyi bildirilir.

Cütlüyün daha geniş toy mərasiminin Baham adalarında keçirilməsi planlaşdırılır.

Donald Tramp isə daha əvvəl dövlət işləri və Ağ Evdə qalmaq zərurəti səbəbindən oğlunun toy mərasimində iştirak edə bilməyəcəyini açıqlamışdı.

Bu, Bettina Andersonun ilk, Donald Tramp Jr.-ın isə ikinci evliliyidir.