Redaksiya xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp süni intellekt tərəfindən yaradılmış və onu Papa libasında təsvir edən bir görüntünü özünün Truth Social adlı sosial şəbəkəsində paylaşıb. Söz mövzusu şəkil Trampın özünün dini lider kimi təsəvvür edildiyi bir AI renderidir.
Tramp paylaşımında bu görüntünü yumorla təqdim etsə də, bəzi sosial media istifadəçiləri tərəfindən ciddi reaksiyalar alıb. Bəziləri bu görüntünün dini simvollardan istifadənin suistifade olması kimi dəyərləndirildiyini bildirib, digərləri isə Trampın özünü "müqəddəs" obrazda təqdim etməyə çalışdığını düşünür.
Bu, Trampın süni intellekt texnologiyalarından istifadə edərək öz ictimai imicini formalaşdırmağa çalışdığı ilk hal deyil. Daha əvvəl də o, müxtəlif AI-əsaslı görüntülər və montajlarla diqqət çəkməyə çalışmışdı.
Hadisə süni intellektin siyasi kommunikasiya və imic yaratma vasitəsi kimi necə istifadə olunduğunu bir daha gündəmə gətirib.
Sevinc Kərimova

