ABŞ-lı iş adamı və sosial media fenomeni Dan Bilzerian (Den Bilzeryan) İsraildə Xristianlara qarşı davam edən təzyiqləri sərt şəkildə tənqid edib.
Redaksiya xəbər verir ki, Bilzeryan X hesabında paylaşımında “İsraildə Yahudilərin Xristianlara göstərdiyi münasibətdən artıq ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi belə bezib” ifadəsini işlədib.
O qeyd edib ki, Qərbi Şəriyədə daha bir ABŞ vətəndaşı yəhudi məskunlaşanlar tərəfindən öldürülüb. Bilzeryan əlavə edib ki, Xristian təşkilatların İsrailə girişi əngəllənir, Xristianlara qarşı hücumlar və təhqirlər davam edir. Son olaraq, Qəzzada yerləşən son Katolik kilsəsinin də bombalandığını bildirib.
“‘Yahudi-Xristian dəyərləri’ deyilən bir anlayış mövcud deyil” — deyə Bilzeryan paylaşımında vurğulayıb.
Sevinc Kərimova
