Çinin hərbi paradında iştirak edən xarici liderlər

Çinin hərbi paradında iştirak edən xarici liderlər

Sevinc Kərimova · Siyasət ·

Pekin şəhərində keçirilən möhtəşəm hərbi paradda Çin Prezidenti Si Tsinpinin dəvəti ilə 25-dən artıq xarici dövlət və hökumət başçısı iştirak edib. Prezident İlham Əliyev Çində fəxri qonaq qismində siyahıda başda yer alıb. Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In də paradda Si Tsinpinin yanında qonaq kimi yer alıblar.

Redaksiya Reuters-ə istinadla xəbər verir ki, tədbirdə iştirak edən digər liderlər sihayısı açıqlanıb:

  • Azərbaycan Prezidenti İlham Əliyev
  • Ermənistan Baş naziri Nikol Paşinyan
  • Belarus Prezidenti Aleksandr Lukaşenko
  • Kamboca kralı Norodom Sihamoni
  • Kuba Prezidenti Migel Dias-Kanel
  • Vyetnam Prezidenti Luonq Kuonq
  • İndoneziya Prezidenti Prabovo Subianto
  • İran Prezidenti Məsud Pezeşkiyan
  • Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev
  • Qırğızıstan Prezidenti Sadır Japarov
  • Laos Prezidenti Tonqlun Sisulit
  • Malayziya Baş naziri Anvar İbrahim
  • Maldivlər Prezidenti Məhəmməd Muizzu
  • Monqolustan Prezidenti Uxnaagiyn Xurelsux
  • Myanma hərbi rəhbəri Min Aunq Xlaynq
  • Nepalın Baş naziri KP Şarma Oli
  • Pakistan Baş naziri Şahbaz Şərif
  • Konqo Respublikası Prezidenti Deniss Sassu Nquesso
  • Serbiya Prezidenti Aleksandar Vuçiç
  • Slovakiya Baş naziri Robert Fiko
  • Tacikistan Prezidenti Emoməli Rəhmon
  • Türkmənistan Prezidenti Serdar Berdımuhamedov
  • Özbəkistan Prezidenti Şövkət Mirziyoyev
  • Zimbabve Prezidenti Emmerson Mnanqaqva

Beləliklə, parad yalnız Çin üçün deyil, həm də Asiya, Afrika və Avropadan gələn liderlərin iştirakı ilə geniş beynəlxalq nümayəndəlik qazanıb.