Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Pekinin nüvə silahlarının azaldılması prosesinə qoşulması ilə bağlı tələblərinə münasibət bildirib. Rəsmi açıqlamada bu çağırışların “nə rasionallığa, nə də reallığa uyğun” olduğu vurğulanıb.
Redaksiya xəbər verir ki, XİN sözçüsü Qo Ciaqun mövqeyini açıqlayaraq deyib: “Çin heç bir ölkə ilə silahlanma yarışında iştirak etmir. Nüvə qüdrətimiz və siyasətimiz dünyada sülh işinə mühüm töhfədir.”
Çin rəsmiləri əlavə ediblər ki, Pekinin nüvə potensialı ABŞ-ın imkanları ilə müqayisə oluna bilməz və buna görə də Vaşinqtonun irəli sürdüyü tələblər əsassızdır.
Sevinc Kərimova
