Çin Silahlı Qüvvələri hipotetik düşmənə qarşı rəhbərliyin “zərərsizləşdirilməsi”ni nəzərdə tutan xüsusi hərbi ssenarilər üzrə təlimlər keçirib. Təlimlərin məzmunu son dövrlərdə ABŞ tərəfindən Venesuelada Nikolas Maduroya qarşı həyata keçirilmiş xüsusi əməliyyat modelini xatırladıb.
Redaksiya Nikkei Asia-ya istinadla xəbər verir ki, keçirilən manevrlər Pekinin oxşar əməliyyatları Tayvan istiqamətində də icra etmək imkanlarını nümayiş etdirməyə yönəlib. Təlimlərdə sürətli koordinasiya, komanda strukturlarının hədəflənməsi və qərarverici mərkəzlərin neytrallaşdırılması elementləri ön plana çıxıb.
Müşahidəçilər hesab edirlər ki, bu cür ssenarilər regionda təhlükəsizlik balansına dair ciddi mesaj daşıyır. Analitiklərin fikrincə, manevrlər Pekinin hərbi planlaşdırma imkanlarını göstərməklə yanaşı, Tayvan ətrafında artan gərginlik fonunda siyasi siqnal xarakteri də daşıyır.
